http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Şəhid dəfnlərində dini şüarlar səsləndirənlərlə bağlı - RƏSMİ AÇIQLAMA

15 Sentyabr 2022 , 13:52
Şəhid dəfnlərində dini şüarlar səsləndirənlərlə bağlı - RƏSMİ AÇIQLAMA

"Şəhidlərin dəfn mərasimləri başa çatandan sonra dini şüarlar səsləndirilənlərlə bağlı tədbirlər görülür".

Bunu "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbut Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.

"Bir sıra sosial şəbəkə istifadəçiləri öz səhifələrində postlar paylaşaraq şəhidlərimizin dəfn mərasimləri zamanı sanki naməlum istiqamətdən yönəldilmiş bir qrup şəxsin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd edərək hüquq mühafizə orqanlarından belə şəxsləri həmin mərasimlərə buraxmamağı xahiş edirlər.

Sosial şəbəkələrdəki qeyd olunan müraciətlərin müəlliflərinə vətəndaş mövqeyi sərgilədikləri üçün təşəkkür edir və onların narahatlıqlarını anlayışla qarşılayırıq. Şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları orada baş verənləri müşahidə edirlər. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar. Lakin, mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür", - DİN rəsmisi qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 3

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 3

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:05

    “Avroviziya-2024”ün finalı başlayıb
  • Dünən
    23:03

    İsrail ordusu Qəzzanın Cəbəliyyə şəhərində HƏMAS-a qarşı əməliyyata başlayıb
  • Dünən
    22:41

    Muxtar Babayev: COP29-la bağlı müxtəlif ölkələrdən gələn hər bir təşəbbüsün üzərində düşünmək çox önəmlidir
  • Dünən
    22:38

    Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
  • Dünən
    21:59

    Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib
  • Dünən
    21:47

    DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir
  • Dünən
    21:45

    Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
  • Dünən
    21:41

    Qəbələ göldə suyun səviyyəsi aşağı endirilib (FOTO)
Menyu