Qırğızıstanda sürücülük vəsiqəsi imtahanlarını süni intellekt təşkil edəcək
Qırğızıstanda B və C kateqoriyalı sürücülük vəsiqələri üçün təlim müddəti dəyişdirilib.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Prezidentinin Əmlak İdarəetmə Departamenti məlumat yayıb.
Bildirilib ki, 2026-cı ildən etibarən bütün özəl sürücülük məktəbləri korrupsiyanın aradan qaldırılması üçün tam olaraq dövlət tərəfindən idarə olunacaq. B kateqoriyalı sürücülər üçün sürücülük təlimi 10 ay (480 saat), C kateqoriyalı sürücülər üçün isə 12 ay davam edir. Tədris planı yol hərəkəti qaydaları, nəqliyyat vasitələrinin komponentləri, texniki xidmət, ilk tibbi yardım, təhlükəsiz sürücülük əsasları, hüquqi və psixofizioloji prinsiplər və sürücü etikası məsələlərini əhatə edir.
İmtahandakı sualların ümumi sayı 750-dən 2000-ə qədər artıb. Nəzəri imtahan süni intellekt tərəfindən aparılacaq.