Qırğızıstanda milli süni intellekt mərkəzi yaradılacaq
Operativ Media
Qırğızıstanda milli süni intellekt mərkəzinin tikintisinə bu il başlanılacaq.
Operativ Media 24.kg-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf və İnnovativ Texnologiyalar nazirinin birinci müavini Nursultan Kubanov bildirib.
Onun sözlərinə görə, mərkəzin fəaliyyətə başlaması bütün ölkə üçün güclü bir stimul olacaq. Bu, qırğız İT mütəxəssislərinin xaricdən qayıtması üçün şərait yaradacaq, beynəlxalq texnologiya şirkətlərinin marağını və iştirakını cəlb edəcək və yeni kadrların hazırlanması üçün platforma təmin edəcək.