Menyu

Qana milli komandasının baş məşqçisi Otto Addo istefaya göndərilib

Operativ Media
Qana milli komandasının baş məşqçisi Otto Addo istefaya göndərilib

Qana milli komandasının baş məşqçisi Otto Addo vəzifəsindən kənarlaşdırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Federasiya rəhbərliyi mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Yeni baş məşqçinin kimliyi barədə yaxın zamanlarda rəsmi məlumat veriləcəyi bildirilib.

50 yaşlı Otto Addo 2024-cü ilin mart ayından yığmaya rəhbərlik edirdi. O, daha əvvəl 2022-ci ildə komandada köməkçi məşqçi və baş məşqçi əvəzi kimi də çalışmışdı.

Qeyd edək ki, Qana yığması DÇ-2026-nın qrup mərhələsində Panama, Xorvatiya və İngiltərə komandaları ilə mübarizə aparacaq. Dünya çempionatı gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq. İlk dəfə 48 komandanın iştirak edəcəyi turnir futbol tarixinin ən böyük çempionatı olacaq.

Əlaqəli Xəbərlər