Menyu

Türkiyədə kömür mədənində partlayış baş verib: 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Nicat Hüseynli
Türkiyədə kömür mədənində partlayış baş verib: 3 nəfər ölüb, 5 nəfər yaralanıb
1 dəq oxu

Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda yerləşən özəl mədəndə qaz partlayışı nəticəsində 3 fəhlə həyatını itirib və 5 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Gelik qəsəbəsində baş verən hadisənin qaz sızmasından qaynaqlandığı bildirilir.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, hakimiyyət orqanları Zonquldakdakı vəziyyəti yaxından izləyir.

Əraziyə yanğınsöndürmə briqadaları, AFAD (Fövqəladə Hallar və Təcili Yardım İdarəsi), jandarma və Türk Kömür Korporasiyasının xilasetmə qrupları göndərilib.

Əlaqəli Xəbərlər