Menyu

"Bavariya"nın qapıçısı zədəsini sağaltdı

Operativ Media
"Bavariya"nın qapıçısı zədəsini sağaltdı

"Bavariya"nın qapıçısı və kapitanı Manuel Noyer komanda ilə məşqlərə qayıdıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, müdafiəçi Rafael Gerreyru da məşqlərə start verib. 40 yaşlı qolkiper martın 6-da Bundesliqanın 25-ci turu çərçivəsində keçirilən Münhenqladbax "Borussiya"sı ilə matçda (4:1) zədələnərək fasilədə əvəzlənmişdi.

Manuel Noyer bu mövsüm bütün turnirlər daxil olmaqla 29 matçda meydana çıxıb ki, bunların da 10-da qapısını toxunulmaz saxlayıb.

Əlaqəli Xəbərlər