"Liverpul" "Sportinq"in hücumçusunu istəyir
Operativ Media
Hücumçu Luis Suares mövsümün sonunda "Sportinq"i tərk edə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Correio da Manha" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 28 yaşlı kolumbiyalı futbolçu ilə "Liverpul" və "Nyukasl" yaxından maraqlanır. Lissabon təmsilçisinin hücumçu ilə yollarını ayırmağı istisna etmədiyi, lakin onu ən azı dünya çempionatı başa çatana qədər heyətdə saxlamağa ümid etdiyi qeyd olunur.
Suares 2025-ci ildən "Sportinq"də çıxış edir. O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxdığı 42 matçda 33 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.