Bolqarıstan millisinin sabiq qapıçısı vəfat edib
Operativ Media
Bolqarıstan Futbol İttifaqının keçmiş prezidenti, həmçinin millinin sabiq qapıçısı Borislav Mixaylov 63 yaşında vəfat edib.
Operativ Media-nın Bolqarıstan Milli Televiziyasına istinadən məlumatına görə, Mixaylov 2025-ci ilin noyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Borislav Mixaylov karyerası ərzində üçqat Bolqarıstan çempionu və ölkə kubokunun üçqat qalibi olub. O, 1983-1996-cı illərdə millinin şərəfini qoruyub. O, 102 matçla ölkə futbolu tarixində ən çox oyun keçirən ikinci futbolçu kimi yadda qalıb.
Qeyd edək ki, B.Mixaylov Bolqarıstan yığmasının yarımfinala qədər irəlilədiyi DÇ-1994-də komandanın əsas qapıçısı olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net