Gəncədə keçiriləcək Avropa Kubokunda iştirak edəcək ölkələr bəlli oldu
Operativ Media
Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.
Operativ Media xəbər verir ki, yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri tatamiyə çıxacaqlar.
Yarışda Azərbaycanın 100-dən çox idmançısı çıxış edəcək.
Xatırladaq ki, turnir aprelin 4-5-də Gəncə İdman Sarayında təşkil olunacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma