"Milan" monteneqrolu hücumçu transfer etdi
Operativ Media
“Milan” heyətinə yeni oyunçu cəlb edib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı monteneqrolu hücumçu Andrey Kostiç ilə müqavilə imzalanıb.
Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Gənc futbolçu Serbiya “Partizan”ından transfer edilib. O, iyulun 1-də “Rossoneri”nin gənclər komandasına qoşulacaq.
İtaliya mətbuatı “Milan”ın oyunçu üçün 3 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, Kostiç Serbiya çempionatında bu mövsüm 27 oyunda 11 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net