Azərbaycanın U20 sərbəst güləş millisi Bursada təlim-məşq toplanışına başlayır
Sərbəst güləş üzrə Azərbaycanın U20 milli komandası növbəti təlim-məşq toplanışına başlayır.
Operativ Media xəbər verir ki, millimiz sabahdan etibarən Türkiyənin Bursa şəhərində yerli yığma ilə birgə hazırlıqlara start verəcək. 15 gün davam edəcək bu hazırlıq prosesində əsas diqqət taktiki-texniki çalışmalara ayrılacaq.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında toplanışa 11 güləşçi cəlb olunub: Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq).
Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız aprelin 17-dən 19-dək Antalyada keçiriləcək ənənəvi “Çempionlar” turnirində iştirak etmək üçün bu şəhərə yollanacaq.