Menyu

İran Futbol Federasiyası:"FIFA-nın müəyyən etdiyi bütün ölkələrdə oynamağa hazırıq"

Operativ Media
İran Futbol Federasiyası:"FIFA-nın müəyyən etdiyi bütün ölkələrdə oynamağa hazırıq"

İran Futbol Federasiyasının birinci vitse-prezidenti Mehdi Məhəmməd Nəbi qurumun FIFA qaydalarına tabe olacağını və dünya çempionatı üçün hansı ölkə müəyyən edilərsə, orada da çıxış edəcəklərini bildirib.

Operativ Media xəbər verir ki, M.Nəbi bu barədə İran milli komandasının Kosta-Rika ilə yoldaşlıq oyunu üçün gəldiyi Antalyadakı "Titanic Mardan Palace" İdman Kompleksində jurnalistlərə açıqlamasında deyib.

Yoldaşlıq oyunları üçün göstərilən qonaqpərvərliyə görə Türkiyə Futbol Federasiyasına təşəkkür edən federasiya rəsmisi, FIFA prezidenti Canni İnfantinonun Antalyada onları ziyarət etməsindən və göstərdiyi dəstəkdən məmnunluğunu ifadə edib. Nəbi bildirib ki, İnfantino İran millisini görmək istəyib və oyundan əvvəl futbolçularla söhbət edərək onlara mənəvi dəstək olub.

İran yığmasının DÇ-2026-da iştirakına heç bir maneənin olmadığını vurğulayan vitse-prezident belə deyib:

"Biz dünya çempionatında oynayacağıq və FIFA-nın qaydalarına əməl edirik. Qurum hansı ölkə ilə bağlı qərar versə — istər ABŞ, istər Meksika, istərsə də Kanada olsun, biz həmin yerdə oyunlarımızı keçirəcəyik".

Əlaqəli Xəbərlər