İraq millisi DÇ-2026-ya vəsiqə qazanan sonuncu komanda oldu
Operativ Media
İraq yığması 2026-cı il dünya çempionatına vəsiqə uğrunda keçirilən pley-off (qitələrarası keçid) matçında Boliviya komandasına 2:1 hesabı ilə qalib gəlib.
Operativ Media xəbər verir ki, görüşdə hesabı 38-ci dəqiqədə İraq millisinin hücumçusu Ali Əl-Həmadi açıb. Boliviya yığması cəmi bir dəqiqə sonra — 39-cu dəqiqədə 18 yaşlı Moyses Paniaquanın qolu ilə tarazlığı bərpa edib. İraq komandasına qələbə gətirən qolu isə 53-cü dəqiqədə Ayman Hüseyn vurub.
Beləliklə, İraq millisi DÇ-2026-nın sonuncu iştirakçısı olub. Komanda turnirin "I" qrupunda Fransa, Seneqal və Norveç yığmaları ilə mübarizə aparacaq.