Menyu

İtaliya Futbol Federasiyası Qattuzonun millidə qalmasını istəyir

Operativ Media
İtaliya Futbol Federasiyası Qattuzonun millidə qalmasını istəyir

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina, milli komandanın DÇ-2026-nın pley-off mərhələsində Bosniya və Herseqovinaya məğlubiyyətindən sonra (əsas vaxt – 1:1, penaltilər – 1:4) baş məşqçi Cennaro Qattuzonun vəzifəsində qalmasını istəyir.

Operativ Media xəbər verir ki, insayder Fabrisio Romanonun "X" sosial şəbəkəsində paylaşdığı məlumata görə, Qravina mövzu ilə bağlı belə deyib:

"Mən Cennaro Qattuzodan komandada qalmasını və işini davam etdirməsini xahiş etmişəm."

Qeyd edək ki, İtaliya millisi ardıcıl olaraq üçüncü dünya çempionatını buraxacaq. "Skuadra Adzurra"nın iştirak etdiyi sonuncu dünya birinciliyi DÇ-2014 olub.

Əlaqəli Xəbərlər