DÇ-2026: Final turnirinə kimlər vəsiqə qazanıb?
DÇ-2026-nın seçmə mərhələsi 2023-cü ilin sentyabrında başlayıb və 2026-cı ilin martında başa çatıb.
Operativ Media xəbər verir ki, Avropada seçmə oyunlar (pley-off matçları daxil olmaqla) 2025-ci ilin martından 2026-cı ilin martına qədər davam edib.
Dünya Çempionatınin final mərhələsinə vəsiqə qazanan 48 komandanın adları məlum olub.
Təşkilatçı ölkələr
Kanada — Ev sahibi
Meksika — Ev sahibi
ABŞ — Ev sahibi
Asiya (AFC)
Yaponiya — C qrupunun qalibi (20 mart 2025)
İran — A qrupunun qalibi (25 mart 2025)
Özbəkistan — A qrupunda 2-ci yer (5 iyun 2025)
Cənubi Koreya — B qrupunun qalibi (5 iyun 2025)
İordaniya — B qrupunda 2-ci yer (5 iyun 2025)
Avstraliya — C qrupunda 2-ci yer (10 iyun 2025)
Qətər — Dördüncü mərhələ, A qrupunun qalibi (14 oktyabr 2025)
Səudiyyə Ərəbistanı — Dördüncü mərhələ, B qrupunun qalibi (14 oktyabr 2025)
İraq — Qitələrarası pley-off, 2-ci yolun qalibi (1 aprel 2026)
Okeaniya (OFC)
Yeni Zelandiya — Üçüncü mərhələnin qalibi (24 mart 2025)
Cənubi Amerika (CONMEBOL)
Argentina — Seçmə mərhələnin qalibi (25 mart 2025)
Braziliya — İlk 6-lıqda yerini təmin edib (11 iyun 2025)
Ekvador — İlk 6-lıqda yerini təmin edib (11 iyun 2025)
Uruqvay — İlk 6-lıqda yerini təmin edib (4 sentyabr 2025)
Kolumbiya — İlk 6-lıqda yerini təmin edib (4 sentyabr 2025)
Paraqvay — İlk 6-lıqda yerini təmin edib (4 sentyabr 2025)
Afrika (CAF)
Mərakeş — E qrupunun qalibi (5 sentyabr 2025)
Tunis — H qrupunun qalibi (8 sentyabr 2025)
Misir — A qrupunun qalibi (8 oktyabr 2025)
Əlcəzair — G qrupunun qalibi (9 oktyabr 2025)
Qana — I qrupunun qalibi (12 oktyabr 2025)
Kabo-Verde — D qrupunun qalibi (13 oktyabr 2025)
CAR — C qrupunun qalibi (14 oktyabr 2025)
Kot-d'İvuar — F qrupunun qalibi (14 oktyabr 2025)
Seneqal — B qrupunun qalibi (14 oktyabr 2025)
DR Konqo — Qitələrarası pley-off, 1-ci yolun qalibi (1 aprel 2026)
Avropa (UEFA)
İngiltərə — K qrupunun qalibi (14 oktyabr 2025)
Fransa — D qrupunun qalibi (13 noyabr 2025)
Xorvatiya — L qrupunun qalibi (14 noyabr 2025)
Portuqaliya — F qrupunun qalibi (16 noyabr 2025)
Norveç — I qrupunun qalibi (17 noyabr 2025)
Almaniya — A qrupunun qalibi (18 noyabr 2025)
Niderland — G qrupunun qalibi (18 noyabr 2025)
İsveçrə — B qrupunun qalibi (19 noyabr 2025)
İspaniya — E qrupunun qalibi (19 noyabr 2025)
Avstriya — H qrupunun qalibi (19 noyabr 2025)
Belçika — J qrupunun qalibi (19 noyabr 2025)
Şotlandiya — C qrupunun qalibi (19 noyabr 2025)
İsveç — Pley-off, B yolunun qalibi (31 mart 2026)
Türkiyə — Pley-off, C yolunun qalibi (31 mart 2026)
Çexiya — Pley-off, D yolunun qalibi (31 mart 2026)
Bosniya və Herseqovina — Pley-off, A yolunun qalibi (31 mart 2026)
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF)
Panama — A qrupunun qalibi (19 noyabr 2025)
Kürasao — B qrupunun qalibi (19 noyabr 2025)
Haiti — C qrupunun qalibi (19 noyabr 2025)
