Menyu

I Liqa klubları cəzalandırıldı

Operativ Media
I Liqa klubları cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Operativ Media xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

18 mart 2026-cı il tarixində keçirilən “Səbail” – MOİK oyununda “Səbail”in 5, MOİK-in isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub İntizam Məcəlləsinin 43.1-ci maddəsinə əsasən 210 manat məbləğində cərimə olunub. Bundan əlavə, MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 450 manat cəriməyə məruz qalıb.

Həmin tarixdə baş tutan “Şəfa” – “Şahdağ Qusar” qarşılaşmasında da sərt intizam tədbirləri tətbiq edilib. Oyunun 26-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Şəfa”nın futbolçusu Xəyal Tomarov 2 oyunluq diskvalifikasiya edilib, klubu isə 300 manat cərimələnib. Matçın 90+3-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulan “Şahdağ Qusar”ın futbolçusu Aqostinyo Çipesse 3 oyunluq cəzalandırılıb, komandası isə 900 manat məbləğində cərimə edilib.

Əlaqəli Xəbərlər