Azərbaycanlı FİFA referisi 3 oyuna təyinat aldı
Operativ Media
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Operativ Media xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net