Menyu

Braziliya millisinin baş məşqçisi: "Dünya çempionatı öncəsi həyəcan hiss etmirəm"

Operativ Media
Braziliya millisinin baş məşqçisi: "Dünya çempionatı öncəsi həyəcan hiss etmirəm"

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı ərəfəsində heç bir narahatlıq keçirmədiyini bildirib.

Operativ Media xəbər verir ki, insayder Fabrisio Romanonun "X" sosial şəbəkəsində paylaşdığı məlumata görə, Ançelotti bu barədə belə deyib:

"Dünya çempionatı öncəsi heç bir həyəcan hiss etmirəm. Əksinə, xoşbəxtəm, motivasiyam yüksəkdir, özümə güvənirəm və tamamilə sakitem. Hesab edirəm ki, komandamızın yaxşı strukturu və daxildə əla ab-hava var. Bu, uğur qazanmağımıza kömək edəcək. Biz arxayınıq."

Qeyd edək ki, DÇ-2026 yayda ABŞ, Meksika və Kanadada keçiriləcək. Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya komandaları ilə mübarizə aparacaq.

Əlaqəli Xəbərlər