Fares Ziam Rafael Fiziyevi Bakıda döyüşə çağırdı
Operativ Media
Fransız UFC döyüşçüsü Fares Ziam, 27 iyunda Bakıda keçiriləcək turnirdə Azərbaycan təmsilçisi Rafael Fiziyevi döyüşə çağırıb.
Operativ Media xəbər verir ki, idmançı sosial media hesabı vasitəsilə Fiziyevlə əlaqə saxlayaraq onunla qarşılaşmaq istədiyini bildirib.
Ziam müraciətində bu sözləri yazıb: "Rafael, sənətinə hörmət edirəm. Lakin bir sualım var: İyunun sonunda Bakıda döyüşək? Mən hazıram. Fürsət düşərsə, ilk onluğa girməyə hazıram!"
29 yaşlı fransız idmançı üçün bu qarşılaşma altı oyunluq qələbə seriyasını davam etdirmək şansı ola bilər. O, sonuncu döyüşündə Nazim Sadıxovu texniki nakavtla məğlub edib.
Qeyd edək ki, Rafael Fiziyev bu ilin yanvar ayında Maurisio Ruffi ilə döyüşdə texniki nakavtla məğlub olub.