Menyu

"Ayntraxt" Almaniya millisinin sabiq üzvü ilə müqaviləni uzatdı

Operativ Media
"Ayntraxt" Almaniya millisinin sabiq üzvü ilə müqaviləni uzatdı

Frankfurtun “Ayntraxt” komandası yarımmüdafiəçi Mario Götze ilə müqavilənin uzadılmasını elan edib.

Operativ Media xəbər verir ki, 33 yaşlı alman futbolçunun yeni müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun əvvəlki sözləşməsi bu mövsümünün sonunda başa çatmalı idi.

Götze 2022-ci ilin yayından bəri “Ayntraxt”da çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 26 oyun keçirib və iki məhsuldar ötürmə edib. “Transfermarkt” futbolçunun bazar dəyərini 3,5 milyon avro qiymətləndirir.

Götze əvvəllər “Borussiya” Dortmund, “Bavariya” və PSV-də oynayıb. O, Almaniya milli komandasında 66 oyunda 17 qol vurub. Mario 2014-cü ilin finalında vurduğu qolla Almaniyaya dünya çempionluğunu qazandırıb.

Əlaqəli Xəbərlər