"Mançester Siti" Pep Qvardioladan gələcəyi ilə bağlı qəti qərar tələb edir
"Mançester Siti" Pep Qvardioladan müqaviləsinin sonuna qədər komandada qalıb-qalmayacağı ilə bağlı qəti qərar verməsini istəyib.
Operativ Media xarici mətbuata istinadən xəbər verir ki, klub gələcək planlarını müəyyənləşdirmək üçün bu məsələyə mümkün qədər tez aydınlıq gətirilməsini tələb edir. Rəhbərlik ümid edir ki, mütəxəssis beynəlxalq fasilə zamanı ən azı şəxsi söhbətlərdə öz mövqeyini təsdiqləyəcək.
Artıq Elliot Anderson da daxil olmaqla, bir neçə yay transfer hədəfi qərar verməzdən əvvəl Pepin gələcəyini nəzərə almağa başlayıb.
Qvardiola gedəcəyi təqdirdə futbolçuların "Siti"dən imtina edəcəyinə dair hələlik heç bir əlamət olmasa da, mövcud qeyri-müəyyənlik artıq klubun planlaşdırma prosesinə təsir göstərir.
Buna baxmayaraq, "Mançester Siti" təmkinini qoruyur və Qvardiolanın gedişi ehtimalına qarşı ehtiyat planlarını hazırlayıb.