Menyu

AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Operativ Media
AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Operativ Media xəbər verir ki, “Wyndham Garden” otelində təşkil olunan imzalanma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Eyeball”ın direktoru Manfred Lerley, milli assosiasiyanın və şirkətin əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.

C. Fərəcullayev çıxışında bu əməkdaşlığı Azərbaycan futbolu üçün mühüm və perspektivli addım kimi qiymətləndirib. Baş katibin sözlərinə görə, müqavilə xüsusilə uşaq və gənclər liqalarında çıxış edən klubların fəaliyyətinə müsbət təsir göstərəcək, məşqçilər və skautlar üçün futbolçular barədə daha ətraflı məlumat əldə etməyə şərait yaradacaq. 

Manfred Lerley isə ilk olaraq “Eyeball”ın fəaliyyəti haqqında məlumat verib. O, bu işbirliyinin Azərbaycan futboluna ciddi töhfə verəcəyinə inandığını və perspektivli futbolçuların üzə çıxarılması istiqamətində əllərindən gələni edəcəklərini bildirib. 

Çıxışların ardından tərəflər arasında müqavilə imzalanıb və AFFA tərəfindən “Eyeball” şirkətinə xatirə hədiyyəsi təqdim olunub.

Sonda təşkil olunan mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər