Mbappe: Messi Neymara bənzəmir, o, hər şeyi düzgün edir
"Real Madrid"in hücumçusu Kilyan Mbappe Argentina millisinin kapitanı Lionel Messiyə olan heyranlığını ifadə edib.
Operativ Media xəbər verir ki, fransalı futbolçu PSJ-də iki mövsüm ərzində argentinalı ulduzla eyni komandada çıxış edib.
Mbappe "The Bridge" YouTube şousunda Messi ilə bağlı xatirəsini belə bölüşüb:
"Bu, ağlasığmazdır. Messi Neymara bənzəmir, o, hər şeyi düzgün edir. Sizə bir hadisəni danışım: PSJ-də məşqi zərbələrlə bitirirdik. Neymarla mən ən yaxşılardan idik, on zərbədən altısını-yeddisini qola çevirirdik. Lakin Leo sonra doqquz zərbə vurdu və doqquz eyni, mükəmməl qol atdı. Qapıçıya baxdım, o isə sanki 'Görmürsən? Bu, inanılmazdır' deyirdi".
Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında azad agent statusu ilə PSJ-dən "Real Madrid"ə keçib. Onun hazırkı müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.