Qattuzo İtaliya millisindən göndərildi
Operativ Media
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən göndərilib.
Operativ Media xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.
Qatuzo ilə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Federasiya Qattuzo və onun məşqçilər korpusuna göstərdikləri xidmətə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
İtaliya yığması DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olub (1:1, 1:4). Bununla da komanda mundialda iştirak hüququnu itirib.
Bundan əvvəl federasiyanın prezidenti Qabriel Qravina mütəxəssisi istefaya göndərməyəcəklərini desə də, daha sonra baş məşqçi ilə bağlı qərar dəyişib. Ötən gün isə Qabriel Qravina özü istefa verib.