Menyu

Bakıda şahmat festivalı keçiriləcək

Operativ Media
Bakıda şahmat festivalı keçiriləcək

Azərbaycan Şahmat Federasiyası və Gənclərvə və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Baku Open” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Operativ Media  xəbər verir ki, mötəbər turnir aprelin 28-dən mayın 6-dək Bakı Kristal Zalında təşkil olunacaq.

Festival üç qrupda (A, B, C) İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçiriləcək. Yarış çərçivəsində eyni zamanda veteranlar arasında Azərbaycan çempionatı da baş tutacaq.

“Baku Open”in mükafat fondu 50 000 ABŞ dolları təşkil edir. Turnirin açılış mərasimi aprelin 28-nə planlaşdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər