Menyu

Gəncədə cüdo üzrə Avropa Kubokuna start verilir

Operativ Media
Gəncədə cüdo üzrə Avropa Kubokuna start verilir

Bu gün Gəncə şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku start götürür.

Operativ Media xəbər verir ki, Azərbaycan yarışda 127 idmançı (92 oğlan, 35 qız) ilə təmsil olunacaq.

Beynəlxalq turnirdə 10 ölkədən 180 oğlan və 89 qız olmaqla, ümumilikdə 269 cüdoçu 16 çəki dərəcəsində mübarizə aparacaq.

Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları da iştirak edəcəklər.

Qeyd edək ki, Gəncə İdman Sarayında gerçəkləşəcək Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər