Menyu

Azərbaycanın 8 boksçusu yarımfinala yüksəlib

Operativ Media
Azərbaycanın 8 boksçusu yarımfinala yüksəlib

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.

Operativ Media xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin boksçuları yarımfinala vəsiqə qazanıblar. 65 kiloqramda Emili Rzayeva Melissa Hamdanı (Əlcəzair) 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Eve Brisonla (Avstraliya) üz-üzə gələcək.

Amin Məmmədzadə (55 kiloqram) Otabek İsmoilovdan güclü olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinal görüşündə Mohamed Abbasa (Əlcəzair) 4:1 (30:26, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Zidan Hümbətovla döyüşəcək.

Bu çəkidə Zəlimxan Süleymanov – Nicat Hüseynov duelində birinci qələbə qazanıb – 4:0 (29:27, 30:26, 28:28, 30:26, 29:26). Süleymanov növbəti döyüşünü Timur Kabdeşova (Qazaxıstan) qarşı keçirəcək.

65 kiloqramda Zaur Qəhrəmanov komanda yoldaşı Mahmud Hüseynovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:26) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda Asadbek Rajabovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Eyni çəkidə Malik Həsənov da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:27). Həsənov növbəti görüşündə Viktorio İliyevlə (Bolqarıstan) gücünü yoxlayacaq.

75 kiloqramda Rasim Çobanlı Vitali Pavlenkoya (Moldova) qalib gəlib – 3:0 (28:28, 30:26, 29:27, 28:28, 30:26). O, yarımfinalda Şerbek Şokirovla (Özbəkistan) görüşəcək.

85 kiloqramda isə Murad Allahverdiyev turnirə qələbə ilə başlayıb. Boksçumuz Yeriço Daleni (Avstraliya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Allahverdiyev finala gedən yolda Batırbek Benkuru (Qazaxıstan) sınağa çəkəcək.

Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Kişi idmançıların yarışında bu mərhələ sabah yekunlaşacaq.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.

Əlaqəli Xəbərlər