ABL: "Şəki" "Quba"ya, "Sərhədçi" "Naxçıvan"a qarşı
Operativ Media
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsi bu gün davam edəcək.
Operativ Media-nın məlumatına görə, mərhələnin üçüncü günündə iki cavab oyunu keçiriləcək: əvvəlcə “Şəki” öz meydanında “Quba”nı qəbul edəcək, ardınca isə “Sərhədçi” evdə “Naxçıvan”la qarşılaşacaq.
Azərbaycan Basketbol Liqası
Pley-in (cavab oyunları)
6 aprel
14:00. “Şəki” – “Quba”
Şəki Olimpiya İdman Kompleksi. (İlk oyun – 101:89)
19:00. “Sərhədçi” – “Naxçıvan”
Bakı, “Sərhədçi” İdman Mərkəzi. (İlk oyun – 87:98)