Menyu

Arne Slot "Liverpul"da vəzifəsini itirə bilər

Operativ Media
Arne Slot "Liverpul"da vəzifəsini itirə bilər

İngiltərə Kubokunun dörddəbir finalında "Mançester Siti"yə qarşı alınan məğlubiyyətdən (0:4) sonra "Liverpul" rəhbərliyi təcili iclas keçirib.

Operativ Media xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

Məlumata görə, görüşdə komandanın baş məşqçisi Arne Slotun gələcək taleyi müzakirə olunub. Mənbənin bildirdiyinə görə, əgər "Liverpul" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, mütəxəssis istefaya göndəriləcək. 4 aprel şənbə günü baş tutan bu məğlubiyyət "Liverpul" üçün mövsümdəki 15-ci yenilgi olub. Bu, komandanın 2015-ci ildən bəri aldığı ən böyükhesablı məğlubiyyətdir və baş məşqçi Arne Slot üzərindəki təzyiqi daha da artırıb.

Qeyd edək ki, Slot 2024-cü ildə "Liverpul"un sükanı arxasına keçib və 2024/25 mövsümündə komanda ilə Premyer Liqanın qalibi olub. Hazırda "Liverpul" 49 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Bundan əlavə, komanda Çempionlar Liqasının dörddəbir final mərhələsində mübarizəsini davam etdirir.

Əlaqəli Xəbərlər