Menyu

"Roma"nın müdafiəçisi 2-3 həftəlik sıradan çıxdı

Operativ Media
"Roma"nın müdafiəçisi 2-3 həftəlik sıradan çıxdı

"Roma"nın müdafiəçisi Canluka Mançini zədə səbəbindən 2-3 həftə yaşıl meydanlardan kənarda qala bilər.

Operativ Media xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.

Mənbənin verdiyi xəbərə görə, 29 yaşlı italyan futbolçunun sağ budunun yaxınlaşdırıcı əzələsində yırtıq aşkar olunub. Futbolçunun Milandan Romaya qayıtdıqdan sonra keçdiyi tibbi müayinə zədənin dərəcəsini təsdiqləyib. Mançini "İnter"lə oyunda (2:5) məcburi olaraq 46-cı dəqiqədə əvəzlənmişdi.

2025/26 mövsümündə müdafiəçi çıxdığı 39 matçda iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər