Menyu

"Korintians"ın yeni baş məşqçisi bəlli oldu

Operativ Media
"Korintians"ın yeni baş məşqçisi bəlli oldu
1 dəq oxu

Fernando Diniz "Korintians"ın yeni baş məşqçisi təyin olunub.

Operativ Media xəbər verir ki, onunla imzalanan müqavilə 2026-cı il mövsümünün sonuna qədər nəzərdə tutulub.

52 yaşlı braziliyalı mütəxəssis bu postda Dorival Junioru əvəzləyib. Qeyd edək ki, Dorival Braziliya çempionatının 10-cu turunda "İnternasyonal"a qarşı keçirilən ev oyunundakı məğlubiyyətdən (0:1) sonra istefaya göndərilib.

Hazırda Braziliya çempionatının turnir cədvəlində 16-cı pillədə qərarlaşan "Korintians" düşmə zonasından cəmi iki xal uzaqdadır. Komandanın ardıcıl doqquz oyundur ki, qələbə həsrəti davam edir.

2026-cı ilin fevralında "Vasko da Qama"dan qovulan Diniz, karyerası ərzində "Kruzeyro", "Fluminense", "Santos", "San-Paulu", "Atletiko Paranaense", "Quarani", "Oeste", "Parana", "Botafogo" və Braziliya millisində də çalışıb.

Əlaqəli Xəbərlər