Menyu

“Mançester Yunayted”in İrlandiya toplanışı üçün heyəti açıqlandı

Operativ Media
“Mançester Yunayted”in İrlandiya toplanışı üçün heyəti açıqlandı

"Mançester Yunayted"in müdafiəçiləri Lisandro Martines və Patrik Dorqu bu həftə İrlandiyada keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək heyətə daxil ediliblər.

Operativ Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

28 yaşlı argentinalı Martines baldır əzələsindəki zədə səbəbindən beş oyunu buraxmalı olmuşdu. 21 yaşlı danimarkalı Dorqu isə dizaltı vətərindəki zədəyə görə səkkiz matçda iştirak etməyib. O, artıq meydançada məşqlərə qayıdıb və komanda ilə birlikdə Dublinə yollanacaq.

Hücumçular Benyamin Şeşko və Brayan Mbemo da müvafiq olaraq Sloveniya və Kamerun millilərinin oyunlarını buraxdıqdan sonra 25 nəfərlik heyətə daxil ediliblər.

Müdafiəçi Dioqu Dalot və qapıçı Tom Hiton isə xəstəlikdən sonra bərpa prosesi keçdikləri üçün toplanışda iştirak etməyəcəklər.

Əlaqəli Xəbərlər