Menyu

"Napoli" rəsmisi: Lukaku ilə bağlı lazımi tədbirləri görəcəyik

Operativ Media
"Napoli" rəsmisi: Lukaku ilə bağlı lazımi tədbirləri görəcəyik

"Napoli"nin idman direktoru Covanni Manna komandanın hücumçusu Romelu Lukaku ətrafında yaranmış vəziyyəti şərh edib.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

"Biz geri dönməsini desək də, Romelu qayıtmamağa qərar verdi və zədəsinin vəziyyətini qiymətləndirmək üçün Belçikada qaldı. Komanda hər zaman hər şeydən üstün olmalıdır. Biz lazımi tədbirləri görəcəyik", — deyə "Napoli" rəsmisi qeyd edib.

Qeyd edək ki, martın sonunda 32 yaşlı futbolçunun milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra kluba qayıtmadığı məlum olub. O, klubla razılaşdırmadan fərdi məşqçisi ilə hazırlaşmaq üçün Belçikaya yollanıb.

Lukaku 2024-cü ilin yayında "Çelsi"dən "Napoli"yə transfer olunub. O, bu mövsüm bütün turnirlərdə ümumilikdə 7 matça çıxıb və 1 qol vurub.

Əlaqəli Xəbərlər