Menyu

"Mançester Yunayted" müdafiəçisi ilə müqavilə yenilədi

Operativ Media
"Mançester Yunayted" müdafiəçisi ilə müqavilə yenilədi

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr klubla yeni müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə "mankunianlılar"ın mətbuat xidməti məlumat yayıb.

33 yaşlı ingiltərəli futbolçu ilə bağlanan yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub və müqavilənin daha bir mövsüm uzadılması bəndi də var. Müdafiəçinin əvvəlki sözləşməsinin müddəti bu ilin yayında başa çatırdı.

Harri Maquayr 2019-cu ildən “Mançester Yunayted”in şərəfini qoruyur. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 20 matçda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər