Menyu

Tofiq Musayevin növbəti döyüşü nə vaxt olacaq? - Meneceri açıqladı

Operativ Media
Tofiq Musayevin növbəti döyüşü nə vaxt olacaq? - Meneceri açıqladı

Azərbaycanlı döyüşçü Tofiq Musayevin UFC təşkilatında keçirəcəyi növbəti döyüşünün təxmini vaxtı bəlli olub.

Operativ Media xəbər verir ki, bu haqda onun meneceri Rəşad Hacıyev "İdman TV"də yayımlanan "İdman Səhər" verilişinə açıqlamasında deyib 

O, Tofiq Musayevin İyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan turnirdə iştirak etməyəcəyini deyib.

"UFC təşkilatı Tofiq Musayevlə İqnasio Bahomendes arasındakı döyüş başa çatan kimi bizə növbəti təkliflərini təqdim etdi. Tofiq Musayevin Bakı turnirində döyüşməsini istəyirlər. Biz döyüşə bilərikmi? Əlbəttə ki, bu güc var, döyüşə bilərik. Amma bu, məntiqlidirmi? Tofiq Musayevin karyerası baxımından bu addım məntiqli deyil. Çünki bir döyüşçünün uğurlu performans göstərməsi üçün tam sağlam olması vacibdir. Buna görə də onun sağalması, yeni təlim-məşq toplanışı keçməsi və hazırlıq prosesi üçün 180-200 gün vaxt tələb olunur. Təxminən növbəti döyüş üçün nəzərdə tutulan tarix noyabr-dekabr ayları ola bilər".

Qeyd edək ki, Tofiq Musayev son döyüşündə çilili idmançı İqnasio Bahamondesi hakimlərin yekun qərarı ilə məğlub edib.

Əlaqəli Xəbərlər