Azərbaycan Premyer Liqasının XXVI turunun “İmişli” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdiyev fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, mütəxəssis nəticəni belə şərh edib:
“İlk hissədə çox pis oynadıq. Hissənin axırlarına yaxın demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə bir qədər aktivliyimizi artırdıq, amma ikinci qolu vurmaq üçün bəzi şeylər kifayət etmədi. Təəssüf ki, çox vacib xallar itirdik”.