Menyu

"Turan Tovuz" doğma stadionuna qayıdır - RƏSMİ

Operativ Media
"Turan Tovuz" doğma stadionuna qayıdır - RƏSMİ

"Turan Tovuz" növbəti ev oyununu Tovuz şəhər stadionunda keçirə biləcək.

Operativ Media xəbər verir ki, bu haqda PFL məlumat yayıb.

"Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub. Keçirilmiş test oyununun nəticələrinə əsasən "Turan Tovuz" klubunun ev oyunlarını 12 apreldə nəzərdə tutulmuş "Sumqayıt"a qarşı matçdan etibarən Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib", - deyə məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər