Menyu

Azərbaycan millisi ikinci yoldaşlıq görüşündə də qələbə qazandı

Operativ Media
Azərbaycan millisi ikinci yoldaşlıq görüşündə də qələbə qazandı

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.

Operativ Media xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb. Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda millimiz 8:5 hesablı qələbə qazanıb.

Əlaqəli Xəbərlər