Menyu

Səfərdə 50-ci qələbə: “Sabah” “Şəmkir”ə çatdı

Operativ Media
Səfərdə 50-ci qələbə: “Sabah” “Şəmkir”ə çatdı

"Sabah” Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.

Operativ Media PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVI turuna təsadüf edib. Bakı klubu “Araz-Naxçıvan”a 4:2 hesabı ilə qalib gəlib.

“Sabah” 120-ci səfərində “50”yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də “Şamaxı” üzərində qazanıb – 1:0.

“Sabah” turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə “Şəmkir”ə çatıb.

Əlaqəli Xəbərlər