Cəlilabadda ağır qəzada bir nəfər ölüb
Operativ Media
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, "Kia" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Avtomobildə olan sərnişin Aytel Əbdürrahmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölən və yaralananların ailə üzvü olduqları və toya getdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net