Menyu

Quba, Gəncə, Sumqayıt və digər bölgələrdə DOST mərkəzləri layihələndirilir

Operativ Media
Quba, Gəncə, Sumqayıt və digər bölgələrdə DOST mərkəzləri layihələndirilir

Naxçıvan Muxtar Respublikasında və bir sıra bölgələrdə DOST mərkəzlərinin və filiallarının şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Operativ Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya və ARB24 televiziya kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası ilə yanaşı Quba, Sabirabad, Gəncə, Masallı, Sumqayıt və digər ərazilərdə DOST mərkəzlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir.

Onun sözlərinə görə, DOST Agentliyi və DOST mərkəzləri 9 avqust 2018-ci il tarixli dövlət başçısının Fərmanı ilə yaradılıb. Bu təşəbbüsün Birinci vitse-prezident Mehriban Əliyevaya məxsus olduğu qeyd edilib.

Anar Əliyev bildirib ki, qısa müddət ərzində DOST konsepsiyasının uğurla reallaşdırılması təmin olunub və bu model həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. O qeyd edib ki, DOST konsepsiyası Avropa Sosial Şəbəkəsi, Beynəlxalq Sosial Təminat Assosiasiyası, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası, Dünya Bankı və Beynəlxalq Əmək Təşkilatı tərəfindən yüksək dəyərləndirilib, ümumilikdə 40-a yaxın beynəlxalq mükafat və sertifikat əldə olunub.

Nazirin sözlərinə görə, hazırda Bakıda və regionlarda 7 DOST mərkəzi, 2 DOST filialı və 3 DOST məntəqəsi fəaliyyət göstərir. 2030-cu ilə qədər ölkənin tam olaraq DOST şəbəkəsi ilə əhatə edilməsi nəzərdə tutulur.

O əlavə edib ki, indiyədək 4,3 milyon vətəndaşa DOST xidmətləri göstərilib və məmnunluq səviyyəsi 98 faizdən yuxarıdır.

Nazir həmçinin bildirib ki, DOST konsepsiyası işğaldan azad edilən ərazilərdə də tətbiq olunur. Zəngilanın Ağalı kəndində ilk “smart DOST” məntəqəsi istifadəyə verilib, Şuşada Dövlət Xidmətləri Mərkəzində konsepsiya tətbiq edilib, eləcə də Füzuli və Kəlbəcərdə bu xidmətlərin təşkili təmin olunub.

Əlaqəli Xəbərlər