Menyu

Azərbaycanda I rübdə icmal büdcə gəlirlərinin və xərclərinin strukturu açıqlanıb

Operativ Media
Azərbaycanda I rübdə icmal büdcə gəlirlərinin və xərclərinin strukturu açıqlanıb

Bu ilin I rübündə Azərbaycanda icmal büdcənin gəlirləri 8 milyard 852,8 milyon manat, xərcləri isə 9 milyard 60,8 milyon manat icra olunub.

Operativ Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, icmal büdcədə 208 milyon manat kəsir) yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 2 milyard 131,8 milyon manat, xərcləri 2 milyard 052,9 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 58,9 milyon manat, xərcləri 38,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 569,3 milyon manat, xərcləri 454,6 milyon manat, Azərbaycan Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 1 milyard 007,9 milyon manat, xərcləri 3 milyard 217,1 milyon manat, Naxçıvan Muxtar Respublikasının isə büdcəsinin gəlirləri 104,4 milyon manat, xərcləri 98,8 milyon manat təşkil edib.

Əlaqəli Xəbərlər