Azərbaycanda maliyyə icarəsi fəaliyyətinin hüquqi əsasları müəyyən edilir
Azərbaycanda maliyyə icarəsi fəaliyyəti Konstitusiya, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, "Maliyyə icarəsi haqqında" qanun, bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlar, habelə Azərbaycan Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktlarla tənzimlənəcək.
Operativ Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Maliyyə icarəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Bununla belə, sənədə əsasən, Ələt Azad İqtisadi Zonasında maliyyə icarəsi sahəsində münasibətlər "Ələt Azad İqtisadi Zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək.
"Maliyyə icarəsi haqqında" qanun bəzi müddəaları maliyyə icarəsi fəaliyyətini həyata keçirən banklara, xarici bankların yerli filiallarına və bank olmayan kredit təşkilatlarına da şamil ediləcək.