Menyu

Qəzada xəsarət alan piyadanı yol polisi xəstəxanaya çatdırdı - VİDEO

Operativ Media
Qəzada xəsarət alan piyadanı yol polisi xəstəxanaya çatdırdı - VİDEO

Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Operativ Media-ya verilən məlumata görə, qəzada xəsarət alan piyada dərhal minik avtomobilinə mindirilərək yol polisi əməkdaşının özü sürücü olmaqla, xəsarət alanın vəziyyəti və yolda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq həmin şəxs digər yol polisi əməkdaşlarının operativ müşayiəti altında Yeni Klinikaya çatdırılıb.

Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər. Piyadalar diqqətli olmalı və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər