Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşüb - YENİLƏNİB
Cəlilabadda baş verən yol qəzası nəticəsində yeddi nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, Zopun kəndi ərazisində baş verən qəza zamanı "VAZ-2106" və "Lada" markalı minik avtomobilləri toqquşub.
Nəticədə yeddi nəfər xəsarət alıb. Onlardan beşinin kimliyi bəllidir: 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999-cu il təvəllüdlü Yusif Nəzərov, 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev və 2012-ci il təvəllüdlü H.T.
Faktla bağlı araşdırma aparılır.
17:26
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir.
Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır.