Menyu

“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb

Şəfa Hüseynli
“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb

Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb. Yeni marşrut üzrə 16 iyul 2026-cı il tarixində həyata keçirilən ilk reys Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.

Operativ Media-ya bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.

“FLYONE” aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun aviaşirkət portfelinin və beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər Bakı ilə Kişineu arasında birbaşa hava əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında mobilliyin artmasına töhfə verəcək.

Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı “FLYONE” aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər