Menyu

Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə U-20 dünya çempionu oldu

Operativ Media
Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə U-20 dünya çempionu oldu

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Ayxan Cavadov qızıl medal qazanıb.

​Operativ Media xəbər verir ki, milli komandamızın üzvü həlledici final qarşılaşmasında Özbəkistan idmançısı Dostonbek Oripovla üz-üzə gəlib.

​Rəqibini 4:1 hesabı ilə məğlub edən yunan-Roma güləşçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq titulunu uğurla qoruyub və ardıcıl ikinci dəfə gənclər arasında dünya çempionu adını qazanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər