Paşinyan: Ermənistan Azərbaycandan elektrik enerjisi idxal edə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan ehtiyac yaranacağı təqdirdə Azərbaycandan elektrik enerjisi idxal etmək üçün imkanların yaradılmasının vacibliyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Paşinyan ölkəsinin süni intellekt sektoruna yatırımlarını nəzərə alaraq əlavə elektrik enerjisi idxalı üçün daha çox variantın lazım olduğunu deyib.
Baş nazir qeyd edib ki, Ermənistan elektrik enerjisi idxalı məsələsini Gürcüstan, İran və Türkiyə ilə də müzakirə edir. Onun sözlərinə görə, ölkələrdə istehsalın və ya tələbatın artıqlığı yarandığı dövrlərdə elektrik enerjisi mübadiləsi imkanlarından istifadə oluna bilər.
Paşinyan həmçinin Gürcüstanla sərhəddə elektrik enerjisinin idxal və ixracını asanlaşdıracaq çevirici stansiyanın tikildiyini bildirib. Layihənin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirildiyi qeyd olunub.
Baş nazir bu açıqlamaları Ermənistan və Azərbaycan hökumətlərinin elektrik enerjisi ticarəti və enerji infrastrukturlarının əlaqələndirilməsini müzakirə etdiyi görüşdən bir neçə gün sonra verib.
dəqiqələr içində saytın olsun.