Menyu

Çempionlar Liqasında oynamayan ən dəyərli oyunçuların reytinqi açıqlanıb

Operativ Media
Çempionlar Liqasında oynamayan ən dəyərli oyunçuların reytinqi açıqlanıb

​2026/27 mövsümündə UEFA Çempionlar Liqasının ümumi liqa mərhələsində iştirak edəcək 36 komandanın hamısının rəqibləri bəllidir. Bununla belə, dünyanın ən dəyərli oyunçularından bəziləri bu mövsüm Avropanın ən nüfuzlu turnirindən kənarda qalıblar.

Operativ Media ​xəbər verir ki, "Transfermarkt" portalı Çempionlar Liqası mövsümündə oynamayacaq, lakin transfer dəyəri 70 milyon avrodan çox olan futbolçuların siyahısını tərtib edib. Siyahıda yer alan 11 oyunçudan altısı Londonun "Çelsi" klubunun şərəfini qoruyur. Reytinqə bu yaxınlarda "aristokratlar"a qoşulan 110 milyon avro dəyərindəki Morqan Rocers başçılıq edir. 2-ci və 4-cü yerləri də yenə London klubunun nümayəndələri bölüşdürürlər.

​Ən dəyərli oyunçular:

  1. ​Morqan Rocers ("Çelsi") — 110 milyon avro
  2. ​Koul Palmer ("Çelsi") — 100 milyon avro
  3. ​Moyses Kaysedo ("Çelsi") — 100 milyon avro
  4. ​Enso Fernandes ("Çelsi") — 100 milyon avro
  5. ​Sandro Tonali ("Tottenhem") — 80 milyon avro
  6. ​Joao Pedro ("Çelsi") — 80 milyon avro
  7. ​Estevao ("Çelsi") — 80 milyon avro
  8. ​Kənan Yıldız ("Yuventus") — 75 milyon avro
  9. ​Morqan Gibbs-Uayt ("Nottinqem Forest") — 70 milyon avro
  10. ​Adam Uorton ("Kristal Palas") — 70 milyon avro
  11. ​Eli Junior Kroupi ("Bornmut") — 70 milyon avro

​Siyahıdakı 11 oyunçudan 10-u İngiltərə Premyer Liqasında çıxış edir. Onların əksəriyyəti, o cümlədən "Çelsi", "Tottenhem" və "Nottinqem Forest" klublarının üzvləri bu mövsüm Avropa kuboklarında mübarizə aparmayacaqlar. Buna baxmayaraq, Eli Junior Kroupi, Adam Uorton və Kənan Yıldız avrokuboklardakı mübarizələrini UEFA Avropa Liqasında davam etdirəcəklər.

​Xatırladaq ki, 2026/27 mövsümü Çempionlar Liqasının ümumi qrup mərhələsinin püşkatması avqustun 27-də baş tutub. Turnirin ilk turunun oyunları sentyabrın 8-10-da keçiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər