Ukrayna səfiri Türkiyə XİN-ə çağırılıb
Operativ Media
Ukraynanın Ankaradakı səfiri Qara dənizdə Türk gəmilərinin hədəf alınması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Avqustun 26-da Türkiyə tərəfindən idarə olunan "Lider Bordo Mavi" adlı yük gəmisi Qara dənizdə Tuapse şəhəri açıqlarında raket zərbəsinə məruz qalıb.
Avqustun 27-də həmin zədələnmiş gəmini yedəyə alıb çəkmək üçün göndərilən "Lider Kocatepe" gəmisi də Ukrayna qüvvələri tərəfindən birbaşa hədəf alınıb. Nazirliyə çağırılan Ukrayna səfirinə rəsmi Ankaranın kəskin etirazı və sərt xəbərdarlığı çatdırılıb.
Görüşdə Qara dənizdə həyat, əmlak, naviqasiya və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı lazımi xəbərdarlıqlar edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net